Pul Vahidi

qanunvericilik əsasında müəyyən olunan ölkənin pul nişanı, ölkədə bu və ya digər qiymətlilərin pul ifadəsinin vahidi, ölkənin pul sisteminin əsas elementi.
Pul Tədavülü Planı
Pul Vahidinin Qızıl Məzmunu
OBASTAN VİKİ
Pul vahidi
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Kreytser (pul vahidi)
Kreytser (alm. Kreuzer‎, [krо́ytser]; mac. Krajcár, köhnə orf. Krajczár, [krо́ytsar]) — XIII—XIX-cu əsrlərdə Mərkəzi Avropanın bir sıra ölkələri və İtaliyanın mis və gümüş sikkələrinin adı. İlk kreytserlər Karintiya və Krayna hersoqu və Tirol qrafı II Meynhardın gümüş qrossolarından ibarət idilər. İlk dəfə 1271-ci ildə zərb edilmişdir. Aversdə ikili xaç (adi və Andrey xaçları) yerləşib, sikkə məhz buna görə bu cür adlandırılmışdır. Yaxşı keyfiyyəti və xarab olmaması səbəbindən sikkə qısa müddətdə cənubi alman torpaqlarında geniş yayılmışdır. 1458-ci ildə Avstriya ershersoqu III Fridrix ona məxsus ərazilərdə pul dövriyyəsi islahatını həyata keçirtdi. 1 qulden = 60 kreytser nisbəti quruldu.
Para (pul vahidi)
Para (türk. para, serb. пара, rum. para) — müxtəlif ölkələrdə xırda pul vahidinin adı. Para ilk dəfə 1623-cü ildə Osmanlı İmperiyasında gümüş sikkə şəklində buraxılmışdır. Əvvəlcə sikkənin çəkisi 1,1 q idi, 19-cu əsrin əvvəllərində tədricən azalmağa başladı və 0,22 q çatdı. Gümüşün əyarı da düşürdü. Məsələn, 1757-ci ildə sikkələr 520-ci, 1800-cü ildə isə 420-ci əyarlı gümüşdən zərb edilirdi. 1687-ci ildən ikiqat para da zərb edilməyə başlandı. Avers hissəsində sultanın adı, reversdə isə zərb olunma yeri və tarixi qeyd olunurdu.
Tümən (pul vahidi)
Tümən (və ya "toman"), (fars. تومان‎, ing. toman) — İran İslam Respublikasının rəsmi pul vahidi. Fars dilindəki تومان‎ (tumân) sözü, qədim türk və ya monqol dilində "on minlik" mənasına gələn түмэн (tümen) sözündən keçmişdir. Qədim monqol-tatar hərb sistemində 10 min əsgərdən ibarət ordu birləşməsinə tümən deyilmişdir. XVII əsrdən 1927-ci ilə qədər Qacar hakimiyyəti dönəmində İran ərazində rəsmi pul vahidi tümən adlandırılmışdır. Bir tümən 10 min dinara bərabər olub. Əskinaslar İran İmperiya Bankı tərəfindən dövriyyəyə buraxılıb. 1932-ci ildə İranda pul islahatları aparılıb və tümən 1:10 nisbətində İran rialına dəyişdirilib. 2020-ci ilə qədər dövlət valyutasının adı rial olsa da, pərakəndə ticarətdə qiymətlər bir qayda olaraq tümənlə göstərilmiş və xalq arasında da pulun adı tümən olaraq qalmağa davam etmişdir.
Şirvan (pul vahidi)
10 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 4 dəfə (1992, 1993, 2005 və 2019-cu illərdə) buraxılmışdır. Son iki buraxılış hazırda tədavüldədir. 10 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 10 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 10 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. 1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.
Azərbaycan Respublikasının pul vahidi
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycanın pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. Ona qrafik işləri ilə məşğul olan dostu Mövsüm Orucov kömək etmişdir. Onlar manatın ilk nümunələrini hazırlatmaq üçün 1992-ci ildə Parisə getmiş və çap prosesinin texnologiyası ilə tanış olmuşdurlar. Onlar Parisdəki ermənilərin çoxluğundan ehtiyat edərək pulları idman çantasında aparmışdırlar. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olundu.
Təbriz tüməni (pul vahidi)
Təbriz tüməni -Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar, Səfəvilər və Zəndlər dövrlərində olmuş pul.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir. Pullar iki formada ola bilər: nağd nağdsız Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır.
Hüseyn Vahidi
Hüseyn Vahidi — yazıçı, jurnalist, tərcüməçi və Azərbaycan dili və kültürünün xadimidir. O, əsərlərini Azərbaycan dildə yazır. Vahidi, d. 29 oktyabr 1981 ilində İranın Urmiya şəhərində dünyaya gəlibdir. == Həyatı və fəaliyyətləri == Urmiya şəhərində boya başa çataraq təhsilatını bitiribdir. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzetə, dərgi və başqa qəzetələrində çap olub. Onlardan ,, Aftab-i Azərbaycan, Şəhamət, Ağrı, Nəvid-i Azərbaycan, Həmşəhri, Bayram, Gülşən-i raz …,, ad çəkmək olar. İndilikdə, Hüseyn Vahidi, Urmiyada "Mahnı" adlı dərgisinin və Açıq yol iki hətəliyin redaktorudur. == Əsərləri == Sevgi yolçuları (سئوگی یولچولاری) (Azərbaycanca) Yabançı(یابانچی), (Alber Kamyunun Yad romanının Yabançı adı ilə tərcüməsi) (Azərbaycanca) Bəyaz gecələr (بیاض گئجه لر), Fyodor Dostoyevskinin əsərini Kiril qrafikasından Ərəb qrafikasına hazırlaması.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
E-pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
Elektron pul
Rəqəmsal valyuta, həmçinin rəqəmsal pul, elektron pul, e-pul və ya elektron valyuta — əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktiv. Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Rəqəmsal valyuta internetdə paylanmış verilənlər bazasında, şirkət və ya banka məxsus mərkəzləşdirilmiş elektron kompüter databazasında, rəqəmsal fayllar daxilində və ya hətta öncədən ödənişli kartda saxlana bilər. Rəqəmsal valyutalar ənənəvi valyutalara bənzər xüsusiyyətlərə malikdirlər, lakin ümumiyyətlə, çap edilmiş əskinaslar və ya sikkələr olan valyutalar kimi əldə saxlanıla bilən fiat valyutasının klassik fiziki formasına malik deyillər. Bununla belə, onlar kompüterdən kompüterə və kompüterdən insanlarla qarşılıqlı əlaqəyə, pulu saxlayan və izləyən serverlərin məlumat və emal gücünə qədər klassik olmayan fiziki formaya malikdirlər. Bu klassik olmayan fiziki forma internet üzərindən, demək olar ki, ani əməliyyatlara imkan verir, əskinas və sikkələrin paylanması ilə bağlı xərcləri xeyli aşağı salır. Məsələn, Birləşmiş Krallıq iqtisadiyyatında pul növlərinin 3%-i əskinaslar və sikkələr, 79%-i isə elektron pullardır. Virtual valyutalar adətən dövlət orqanı tərəfindən buraxılmır, qanuni ödəniş vasitəsi hesab edilmir və onlar mülkiyyət hüququnun dövlət sərhədlərindən keçməsinə imkan verir. Bu valyuta növü fiziki mal və xidmətlərin alınması üçün istifadə oluna bilər, lakin həm də onlayn oyun daxilində istifadə kimi müəyyən icmalarla məhdudlaşdırıla bilər. Rəqəmsal pul ya bank kimi pul kütləsinə nəzarətin mərkəzi nöqtəsi olduğu yerdə mərkəzləşdirilmiş, ya da pul kütləsinə nəzarətin əvvəlcədən müəyyən edildiyi və ya demokratik şəkildə razılaşdırıldığı yerdə desentralizasiya edilmiş ola bilər.
Katrin Pul
Katrin Pul (d. 4 aprel 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Katrin Pul 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katrin Pul 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kağız pul
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Kvazi pul
Pul (Sisyan)
Pulkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünə, "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Pul (dəqiqləşdirmə)
Pul — Pul (Sisyan) — Pul (mahnı) — Hüseyn Dərya tərəfindən "Sus" albomunda ifa olunmuş rep.
Pul (İngiltərə)
Pul (ing. Poole) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Pul bazarı
Pul bazarı (ing. money market) — bir ilədək müddətə vəsaitlərin verilməsi ilə bağlı iqtisadi münasibətlər sistemi. Pul bazarı kapital bazarı ilə birlikdə maliyyə bazarının bir hissəsidir. Pul bazarı alətlərinin xüsusiyyəti aşağı maliyyə riskidir. Pul bazarını aşağıdakılara bölmək olar: Qısamüddətli qiymətli kağızlar bazarı; Banklararası kreditlər bazarı; Avrovalyuta bazarı. Pul bazarının iştirakçıları aşağıdakılardır: pul borc verənlər müəyyən şərtlərlə pul götürən borcalanlar maliyyə vasitəçiləri. Vəsaitlərin verilməsi maliyyə vasitəçiləri olmadan da mümkündür.. Pul bazarında kreditorlar və borcalanlar kimi: Banklar; Bank olmayan kredit təşkilatları; Müxtəlif növ müəssisə və təşkilatlar — hüquqi şəxslər; Fiziki şəxslər; Müəyyən orqan və təşkilatlar tərəfindən təmsil olunan dövlət; Beynəlxalq maliyyə təşkilatları; Digər maliyyə institutları. Pul bazarında maliyyə vasitəçiləri bunlardır: Banklar; Birja bazarının peşəkar iştirakçıları: Brokerlər; Dilerlər; idarəetmə şirkətləri; Digər maliyyə institutları. Pul bazarı iştirakçılarının maraqları pul bazarının müxtəlif maliyyə alətləri ilə əməliyyatlardan gəlir əldə etməkdir.
Pul daxılı
Pul daxılı — dəmir və ya kağız pulların saxlanılması üçün xüsusi qab. Orta əsrlərdə İngiltərədə "pygg" sözü ev avadanlığı hazırlanan gil növü mənasını verirdi. Belə gildən hazırlanmış küplərdə insanlar tez-tez pulunu, zinət əşyalarını və s. saxlayırdılar. Belə küpplər "pygg jar" adlanırdı. Zamanla bu termin "pig bank" söz birləşməsinə çevrildi. Pul daxılı üçün istifadə olunan əşyaların donuz formasında düzəldilməsinin səbəbi də məhz bu termindir..
Pul emissiyası
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət . Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi, nağd formada əhaliyə verilən ssudalar).
Pul multiplikatoru
Pul nəzəriyyəsi
Pul nəzəriyyəsi — pulun iqtisadi sistemə təsirini öyrənən iqtisadi nəzəriyyə. Pul nəzəriyyəsini ilk dəfə sistematik olaraq düşünən ingilis Ayzek Cerveyz "Dünya Ticarət Sistemi və ya nəzəriyyəsi" traktatında (1720) idi. Cerveyzin fikirləri italyan iqtisadçı Ferdinando Qaliani tərəfindən Della Moneta (1750) əsərində inkişaf etdirilmişdir. Valyutanın alıcılıq qabiliyyəti sikkənin hazırlandığı metal ilə müəyyən edilir. Buna görə, əskinaslar müstəqil pul kimi tanınmır, yalnız tam çəkili sikkələrin "təmsilçiləridir". Ən qiymətli sikkələr qiymətli metallardan (qızıl və gümüş) hazırlanır. Metalların zərb olunan nominalına görə deyil, təbii xüsusiyyətləri ilə əlaqəli yüksək dəyəri sayəsində dəyərlidirlər. Valyutanın alıcılıq qabiliyyəti onun nominalına, yəni sikkə və ya əskinasda göstərilən məbləğə görə müəyyən edilir. Yəni pul, dəyəri maddi məzmundan asılı olmayan, tamamilə şərti nominal əlamətlərdir. Erkən nominalizmin ilk nümayəndələri ingilislər Corc Berkli (1685-1753) və Ceyms Denem-Stüart (1712-1780) idi.
Pul siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Pul soyğunu
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.